📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanla Fransa hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

2024-04-30 13:26:49

Ermənistanla Fransa hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Hurriyyet.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan ilə Fransa Senatının xarici əlaqələr, müdafiə, silahlı qüvvələr və Avropa məsələləri komissiyalarının üzvü olan Ronan Le Qloyo görüşüblər. Onlar müdafiə sahəsində Fransa ilə Ermənistan arasındakı ikitərəfli münasibətləri, həmçinin, Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər regional təhlükəsizlik məsələlərindən və Ermənistan Silahlı Qüvvələrində aparılan irimiqyaslı islahatlardan danışıblar.
Ermənistan MN-nin mətbuat xidmətinin məlumatına görə, görüşdə Fransa səfiri Olivye Dekottinyi də iştirak edib.
Hürr Tərcüman