📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanla Rusiya arasında atom planları – Metsamorla yanaşı, yeni AES tikiləcəkmi?

2022-07-12 19:11:00

Ermənistanla Rusiya arasında atom planları – Metsamorla yanaşı, yeni AES tikiləcəkmi?

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün “Rosatom” şirkətinin baş direktoru Aleksey Lixaçevlə görüşərək, onunla əməkdaşlıq məsələlərini, o cümlədən, yeni AES tikintisi imkanlarını müzakirə edib. “Sputnik Ermənistan” agentliyinin yazdığına görə, Paşinyan görüş zamanı deyib: “Ermənistanla Rusiya arasında enerji sahəsində gündəmdə çox məsələlər var, “Rosatom” isə rəsmi İrəvanın bu sahədəki əsas tərəfdaşıdır”.

Paşinyan Metsamordakı AES-in  ikinci enerji blokunun istismar müddətinin uzadılması ilə bağlı şirkətin işini yüksək qiymətləndirərək, bu əməkdaşlığın gələcəkdə də effektli olacağına inandığını bildirib.

 

Hürr Tərcüman