📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq proqramı imzalandı

2022-12-09 17:40:00

Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq proqramı imzalandı

Hurriyyet.az xəbər verir ki, Ermənistan ilə Rusiya arasında hərbi əməkdaşlıq proqramı imzalanıb.

Bu barədə açıqlamanı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti verib.

Sənəd Ermənistan ilə Rusiyanın müdafiə nazirləri Suren Papikyan ilə Sergey Şoyqunun görüşü zamanı imzalanıb. Görüş zamanı təhlükəsizlik, hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib.

Hürr Tərcüman