📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanla Serbiya hərbi müqavilə imzalayacaqlar

2024-06-04 17:29:47

Ermənistanla Serbiya hərbi müqavilə imzalayacaqlar

Hurriyyet.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Serbiyanın Ermənistandakı səfiri Tatyana Panayotoviç Çvetkoviç və səfirliyin hərbi məsələlər üzrə attaşesi, podpolkovnik Zvezdan Kriçak ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Ermənistan ilə Serbiya hökumətləri arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalamaq üçün işlər görülməsi barəsində razılaşma əldə edilib.
Həmçinin, Ermənistanda keçirilən islahatlar və regional təhlükəsizlik məsələlərindən danışılıb.
Hürr Tərcüman