Ermənistanla sərhəddə görüş keçirilir – Mina xəritələrinin verilməsi gözlənilir
2024-01-31 14:15:01
Ermənistan-Azərbaycan sərhədində – Qazaxda iki ölkənin delimitasiya komissiyasının iclası keçirilir.
Hurriyyet.az AzTv-yə istinadla xəbər verir ki, görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətləri arasında keçirilir.
Bildirilir ki, görüşdə Ermənistan tərəfinin 3 rayonun mina xəritələrini Azərbaycana təhvil verməsi planlaşdırılıb.