Ermənistanla sərhəddə nələr baş verir? - DSX-dən SON DƏQİQƏ AÇIQLAMASI
2021-08-26 19:41:00
Azərbaycan-Ermənistan dövlət sərhədində sərhəd müdafiə və mühafizəsi fəaliyyətləri üzrə zəruri tədbirlərin keçirilməsi davam etdirilir.
Hurriyyet.org xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib. Qeyd olunub ki, vəziyyət stabildir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.