📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

2025-05-07 22:16:06

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Azərbaycan və Ermənistan sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi aparıblar.

Hurriyyet.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın aparatı bildirib.

“Ermənistan Respublikası Azərbaycana atəşkəs rejiminin pozulması ilə bağlı müvafiq məlumatları təqdim edib”, – Paşinyanın aparatında qeyd ediblər və əlavə ediblər ki, Bakı da erməni tərəfinə pozuntularla bağlı məlumat verib.

“Ermənistan tərəfi bu məlumatları araşdırıb və nəticələr barədə müvafiq arayışı Azərbaycan tərəfinə təqdim edib”, – aparat rəsmisi vurğulayıb.