📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanla sərhədlər açılır: Türkiyədə işlər sürətləndirildi

2026-02-09 11:56:15

Ermənistanla sərhədlər açılır: Türkiyədə işlər sürətləndirildi

Türkiyə Ermənistanla sərhəd keçid məntəqəsinin açılması üçün işləri sürətləndirir.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Yeşil Iğdır Gazetesi” məlumat yayıb.

Nəşrin məlumatına görə, İğdır valisi Fırat Taşolar Əlican sərhəd keçid məntəqəsində (Ermənistan tərəfindəki Marqara keçid məntəqəsi) davam edən yenidənqurma və modernləşdirmə işlərini şəxsən yoxlayıb.

Rəsmi şəxs texniki qrupun müşayiəti ilə sərhəd boyunca binaları və keçid yollarını yoxlayıb və işin tez bir zamanda başa çatdırılmasının vacib olduğunu vurğulayıb.

Türkiyə rəsmilərinin sözlərinə görə, işlərin sürətləndirilməsi aşağıdakı məqsədləri güdür:

sərhəd ticarətinin bərpası, İğdır və ətraf vilayətlərdə ticarət fəaliyyətinin artması;

regionda nəqliyyat marşrutlarının uzunluğunun azalması; turist axınının artması.