📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erol Özvar Türkiyə-Azərbaycan Universitetində - Fotolar

2026-10-01 12:45:37

Erol Özvar Türkiyə-Azərbaycan Universitetində - Fotolar

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Hurriyyet.media  xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə-Azərbaycan Universitetini ziyarət edib, qida texnologiyası, qida kimyası, mikrobiologiya və kimya laboratoriyaları ilə tanış olub.

Eyni zamanda müasir tədris və elmi mühitin formalaşdırılması istiqamətində həyata keçirilən işlər barədə qonaqlara məlumat verilib.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli və Ali Təhsil Şurasının sədri Erol Özvar universitetin auditoriyalarında tədris prosesini izləyib, tələbələr və müəllim heyəti ilə görüşərək onlarla söhbət ediblər.