📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Əsas prioritet sülh müqaviləsinin bağlanmasıdır" — Fazil Mustafa

2024-08-10 00:16:31

Son zamanlar Zəngəzur dəhlizinin sülh müqaviləsindən çıxarılması Cənubi Qafqazda baş verən geosiyasi proseslərdə diqqət mərkəzindədir. Zəngəzur dəhlizi müzakirələrindən çıxarılan, xüsusilə Azərbaycanın və Ermənistanın maraqlarına ciddi şəkildə təsir edə bilən strateji bir məsələdir. 
Məsələ ikə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa deyib ki, Azərbaycan dövlət olaraq hansı optimal variantlar varsa, daha çox onun üzərində dayanır:
“Hazırkı şərtlərdə əsas prioritet sülh müqaviləsinin bağlanmasıdır. Zəngəzur dəhlizi bir az gecikə də bilər, amma  biz çalışırıq ki, bunu həll edək. Çünki bu ilk növbədə Ermənistanın razılığı ilə baş tutan prosesdir. Bizim isə Ermənistanın razılığını pozacaq addım atmağımız mümkün deyil. Çünki başqa ərazi ilə bağlı iddiamız yoxdur. Bu baxımdan da, bizi əsas maraqlandıran Ermənistanla sülh müqaviləsi və ardınca digər məsələlərin həllidir. Bölgədə də, təbii ki, müəyyən qüvvələrin maraqları var. Amma buna baxmayaraq, biz öz mövqeyimizi ardıcıl davam etdirərək, bölgədə aparıcı rolumuzu göstərməyə və maraqlarımızı təmin etməyə çalışırıq. Əgər hansısa məsələ müzakirədən çıxarılırsa, bu iki tərəfin razılığı ilə baş verir”.

Mehriban Mirzəzadə