📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əsəd Donbasa göndərilməlidir - Rusiyadan şok

2024-12-13 20:44:30

Əsəd Donbasa göndərilməlidir - Rusiyadan şok

Moskvaya sığınan Bəşər Əsəd və ailəsinin bundan sonrakı gələcəyi çoxlarının maraq mövzusudur. 

Onun gələcək taleyi ilə bağlı rusiyalı deputat Dmitri Kuznetsovdan diqqətçəkən təkliflə çıxış edib.

"Əsəd ilk növbədə rus xalqının xidmətində olduğunu sübut etməlidir", - deputat qeyd edib. 

O daha sonra əlavə edib ki, Əsədə Donbasda müharibədən zərər çəkmiş ərazilərdən birinə nəzarət verilə bilər və ailəsi ilə birlikdə Mariupoldakı yeni binalardan birində məskunlaşa bilər: "O, ayrıca Emir Kusturitsanın Donbasda Dostoyevski haqqında film çəkməsinə də dəstək ola bilər.
Əgər Əsəd Donbasın yenidən qurulmasına töhfə verəcəksə, mən hesab edirəm ki, vətəndaşlıq məsələsinə baxılmalıdır”.

Mürtəza
Ölkə.Az