Əsəd hökuməti Rusiyanın DXR ilə LXR-i tanımasını dəstəklədi
2022-02-22 14:55:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Suriyanın Xarici İşlər Nazirliyinin rəhbəri Feysal Mikdad Rusiyanın LXR və DXR adlanan separatçı qurumları tanımaq qərarını dəstəklədiyini bildirib.
Suriyanın Xarici İşlər naziri Feysal Mikdad “Valday” klubunun Yaxın Şərq konfransındakı çıxışında deyib: “Dünən cənab Prezident Putin tarixdə dönüş nöqtəsi olan açıqlama verib və siz bilirsiniz ki, Suriya Ərəb Respublikası Prezident Putinin bəyanatını tamamilə dəstəkləyir”.
Nazir Suriya xalqının DXR və LXR ilə həmrəy olduğunu əlavə edib.
Hürr Tərcüman