📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əsəd və ailəsi hansı ölkələrə qaçıb? - VSJ

2024-12-07 17:29:43

Əsəd və ailəsi hansı ölkələrə qaçıb? - VSJ

Bəşər Əsədin həyat yoldaşı ötən həftə Rusiyaya gedib.

Hurriyyet.az xəbər verir ki, “Heyət Təhrir əş-Şam”ın ilk hücumu və Hələb, eyni zamanda İdlibə nəzarəti ələ keçirməsinin dərhal ardından Rusiyaya gedən Bəşər Əsəd ailəsini – Əsma Əsəd və 3 övladını da özü ilə aparıb. Ancaq geriyə tək qayıdıb.

Əsədin kürəkənlərinin isə BƏƏ-yə qaçdığı vurğulanır.

Qeyd edək ki, ötən gün axşam saatlarında Bəşər Əsədin ölkədən qaçdığı barədə məlumat yayılıb. Suriya hökumətinin rəsmi açıqlamasında isə Əsədin Tehrana “müzakirələr üçün” getdiyi bildirilib.

Misir və İordaniya Bəşər Əsədə ölkəni tərk etməyi və xaricdə “mühacirət hökuməti” qurmağı tövsiyə edib./Axar.az/