📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əsədə edam cəzası verildi - ŞOK QƏRAR

2026-08-11 16:17:20

Əsədə edam cəzası verildi - ŞOK QƏRAR

Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsəd haqqında qiyabi olaraq ölüm hökmü çıxarıb.

Hurriyyet.Media  xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə Əsədi vətəndaş müharibəsi dövründə törədilmiş "hərbi cinayətlər" və "insanlıq əleyhinə cinayətlər"də təqsirli bilib.

Məhkəmənin qərarı ilə yalnız keçmiş dövlət başçısı deyil, onun qardaşı Mahir Əsəd və əmisi oğlu Atef Nəcib də qiyabi olaraq edam cəzasına məhkum ediliblər.

Xatırladaq ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrilərək Rusiyaya sığınıb. Həmin vaxtdan etibarən Suriyada hakimiyyətə müxalifət qüvvələri gəlib və keçid dövründə ölkəyə Əhməd əş-Şaraa rəhbərlik edir.