Əsədov Kobaxidzeyə başsağlığı verdi
2026-11-20 17:07:56
Azərbaycan Baş naziri Əli Əsədov noyabrın 20-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Hurriyyet.net Nazirlər Kabinetindən (NK) məlumat verilib.
Ə.Əsədov Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.
Gürcüstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.