📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əsədov Novruz Məmmədovun qərarını ləğv etdi

2023-11-03 10:23:41

Əsədov Novruz Məmmədovun qərarını ləğv etdi

Tədavüldən çıxarılmış pul nişanlarının (saxta pul nişanları istisna olmaqla) məhv edilməsi Qaydaları təsdiq edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Tədavüldən çıxarılmış kağız və metal pul nişanlarının məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 iyul tarixli 333-25 nömrəli Qərarı ləğv edilib.

Qeyd edək ki, ləğv edilən qərarı sabiq Baş nazir Novruz Məmmədov imzalamışdı.