📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əsgəran BOŞALDILIR: Ermənilərə şəhəri tərk etmək üçün 3 GÜN VAXT VERİLDİ - Haker hücumu

2021-09-28 23:38:00

Əsgəran BOŞALDILIR: Ermənilərə şəhəri tərk etmək üçün 3 GÜN VAXT VERİLDİ - Haker hücumu

Azərbaycan hakerləri müvəqqəti olaraq  Rusiyanın sülhməramlı sayılan hərbi birləşmələrinin nəzarətində qalan keçmiş Əsgəran “rayonu”nun qanunsuz separatçı administrasiyası  əməkdaşının “Facebook” səhifəsini sındırıb.

Bu haqda Rusiyanın “Infoteka24” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, sentyabrın 27 -də keçmiş Əsgəran “rayonu”nun qanunsuz separatçı administrasiyasının əməkdaşı Aram Badalyandan  nəşrin “Facebook” səhifəsinə şəhərdəki bütün ermənilərinin 91 saat ərzində(3 sutka 19 saat) Əsgəranı tərk  getməli olduqları barədə  bir mesaj gəlib.

Portalın redaksiyası məsələni aydınlaşdırmaq üçün A.Badalyan ilə əlaqə saxlayıb.  Separatçı məmur  “Facebook” səhifəsinin bir neçə gündür azərbaycanlılar tərəfindən sındırıldığını söyləyib.

Separatçı “administrasiya”dan bildiriblər ki, son vaxtlar bənzər mesajlar Qarabağdakı,  xüsusən də Əsgərandakı sakinləri arasında  “əhali arasında çaxnaşma yaratmaq məqsədi ilə” yayılır. \\Kanal.az