Əsgərləri güllələyib qaçdı: Ölənlər var
2022-01-27 10:34:00
Yanvarın 27-də səhər saat 4 radələrində Dneprdə 20 yaşlı əsgər cəbbəxanadan avtomatı götürərək həmkarlarını güllələyib.
Hurriyyet.az Ukrayna mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində 5 nəfər, 5 nəfər yaralanıb.
Mühafizə xidmətinin əsgəri silah otağında AK-47 avtomatını və onun üçün patronları götürüb, daha sonra atəş açıb. Həmin vaxt otaqda 22-yə yaxın əsgər olub.
İki nəfər küçəyə qaçaraq telefonla polisə və təcili yardıma zəng edə bilib. Hadisəni törədən Milli Qvardiyanın hərbçisi Artemiy Ryabçuk qaçıb və hələ ki tapılmayıb.
YƏHYA