📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Əsirlərlə görüşün təşkili ilə bağlı Azərbaycanın Milli Məclis sədrinə müraciət edəcəyəm" - Erməni deputat

2022-07-18 20:03:00

“Əsirlərlə görüşün təşkili ilə bağlı Azərbaycanın Milli Məclis sədrinə müraciət edəcəyəm”.

Bu barədə “Şərəfim var” fraksiyasının deputatı Hayk Mamicanyan öz Facebook səhifəsində yazıb. O, sabah Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovaya erməni əsirlərlə görüşün təşkili istəyi ilə müraciət edəcəyini bildirib.

Mamicanyan onların səhhətinin vəziyyəti və saxlanma şəraiti ilə tanış olmaq niyyətindədir.

O, bununla bağlı Minsk qrupunun həmsədr ölkələrinin səfirlərinə, MDB, Avropa Şurası, Avronest parlament assambleyalarının rəhbərlərinə, Avropa Parlamentinin sədrinə məktubla məlumat verəcəyini də qeyd edib. \\KONKRET.az