📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Estoniya “Balticconnector” qaz kəməri yaxınlığında rabitə kabelinin zədələnməsini araşdırır

2023-10-11 12:35:44

Estoniya “Balticconnector” qaz kəməri yaxınlığında rabitə kabelinin zədələnməsini araşdırır

Estoniya “Balticconnector” qaz kəməri yaxınlığında rabitə kabelinin zədələnməsini araşdırır. Bunu ölkənin Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Yuri Saska bildirib. Kabel Finlandiyanın mobil operatoru və internet provayderi “Elisa”ya məxsusdur.

Hərbi Dəniz Qüvvələrinin rəhbəri qeyd edib ki, Finlandiya sularında “Balticconnector” və “Elisa” rabitə kabelinin zədələnməsi "bir-biri ilə bağlantılı ola bilər, lakin ayrıca insidentlər də ola bilər". Nazirin sözlərinə görə, borunun doldurulduğu beton kənar təsirlərə məruz qala bilərdi, yaxud da öz-özünə soyula bilər.

Ülviyyə, Hurriyyet.az