Estoniya da Rusiyadan köhnə ərazilərini geri istəyir
Estoniya parlamenti Rusiya ilə 2014-cü il quru və dəniz sərhədi müqaviləsinə yenidən baxacaq. Bu barədə "Delfi" yazır.
Bu gün, mayın 3-də Estoniya parlamenti Rusiya ilə quru və dəniz sərhədləri haqqında 18 fevral 2014-cü il tarixli müqavilələrə əsasən imzanın geri götürülməsi ilə bağlı hökumətə təklifə baxacaq. Belə ki, Petserimaa qraflığı (Pskov vilayətinin müasir Peçora rayonu), eləcə də İvanqorodun ən yaxın sərhəd yaşayış məntəqəsi olan Narva ətrafı Estoniyadan ələ keçirilib.
SSRİ-nin dağılmasından sonra Estoniya 1920-ci il Tartu Sülh Müqaviləsi ilə müəyyən edilmiş sərhədlər daxilində ərazisinin geri qaytarılmasını tələb etsə də, nəticəsi olmayıb.
Hazırda Rusiya ilə Estoniya arasında rəsmi sərhəd müqaviləsi yoxdur.
Ülviyyə, Hurriyyet.az