Estoniyanın Baş naziri V.Putini prezident hesab etmir
2024-03-01 11:07:31
Hurriyyet.az xəbər verir ki, Estoniyanın Baş naziri Kaya Kallas Vladimir Putini Rusiya Prezidenti adlandırmaqdan imtina edib. Bu barədə o, hökumətin mətbuat konfransında, Rusiyanın gələcək liderinin seçkilərinin nəticələrinin tanınması barəsində sualın cavabında açıqlama verib.
Baş nazir deyib: "Ola bilsin ki, siz mənim Putini Rusiya Prezidenti adlandırdığım çıxışları tapa biləsiniz. Amma, zənnimcə, mən həmişə onu ancaq "Putin" adlandırmışam. Heç bir titul əlavə etməmişəm və buna hazırlaşmıram da".
Hürr Tərcüman