📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ətin müştərilərin ərzaq səbətində açıq şəkildə daşınması müzakirələrə səbəb oldu, “Araz” market cavab verdi - VİDEO

2023-04-05 13:12:00

Ətin müştərilərin ərzaq səbətində açıq şəkildə daşınması müzakirələrə səbəb oldu, “Araz” market cavab verdi - VİDEO

“Araz Supermarket” MMC-yə məxsus mağazaların birində satış üçün nəzərdə tutulmuş ətin anti-sanitar qaydada, müştərilərin gündəlik istifadə etdikləri ərzaq səbətində açıq şəkildə daşınması ilə bağlı yayılan görüntülər ciddi müzakirə yaradıb. “Tik Tok”da paylaşılan görüntüləri izləyənlər şirkəti tənqid ediblər.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı pravda.az-ın göndərdiyi sorğuya “Araz Supermarket” MMC-nin rəsmi nümayəndəsi cavab olaraq bildirib ki, sözügedən hadisə barədə Keyfiyyətin İdarəedilməsi Departamenti tərəfindən dərhal araşdırma aparılıb.

“Müştərilərimizin məhsulların keyfiyyət göstəriciləri ilə bağlı məsələlərdə həssaslığını anlayırıq. Ətin marketlərimizə daşınması xüsusi qaydalar çərçivəsində həyata keçirilir. Belə ki, ət daşınması üçün nəzərdə tutulan depo arabaları istifadədən öncə dezinfeksiya olunur və daşınma zamanı sellofan paket və xüsusi örtükdən istifadə olunur. Sözügedən videoda ətin qaydalar çərçivəsində daşınmaması bizi çox təəssüfləndirdi. Həmin mağaza əməkdaşları yenidən təlimə cəlb olundu və qaydalar izah edildi. Xatırladım ki, gündəlik olaraq “Araz”ın anbarlarına Aran rayonları olan Bərdə, Ağcabədi və Beyləqandan təzə kəsilmiş dana və quzu əti gətirilir. Ət kəsimi, saxlanılması, sərgilənməsi qaydalar çərçivəsində və AQTA-nın təyin etdiyi standartlara uyğun formada həyata keçirilir. Mağazalarımızda yaşanan istənilən məsələ ilə bağlı şikayətinizi 924 nömrəsi ilə əlaqə saxlayaraq və ya sosial şəbəkə hesablarımızdan bizimlə paylaşmağınızı xahiş edirik”.