Etiraf etmək vaxtıdır ki, Gürcüstanın gələcəyi... - Mişel
2022-06-20 22:41:00
Etiraf etmək vaxtıdır ki, Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa Birliyi daxilindədir.
Bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Tvitter hesabında yazıb.
Onun sözlərinə görə, bir neçə gündən sonra AB-nin 27 lideri Brüsseldə görüşəcək:
“Bu, mühüm görüş olacaq. Biz həlledici qərar qəbul etməli olacağıq. İnanıram ki, Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivinin tanınmasının zamanıdır. Bu üç ölkənin və xalqın gələcəyi AB-nin daxilindədir”. \\Axar.az