📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Etirazçılar Almatıda MERİYA BİNASINI TUTDU

2022-01-05 14:13:00

Etirazçılar Almatıda MERİYA BİNASINI TUTDU

Almatıda minlərlə etirazçı şəhər meriyasını tutub. Son xəbərlərə görə etirazçılar təhlükəsizlik qüvvəsinin müqavimətini qıraraq binaya daxil ola biliblər, içəridəki polislərlə toqquşmalar olub, səs qumbaraları atılıb. Lakin etirazçılar da polislərə qarşı daha əvvəl asayiş keşikçilərindən ələ keçirdikləri səs qumbaralarını atıblar. Onlar habelə polislərdən ələ keçirdikləri dəyənək və qalxanlardan istifadə ediblər. Etirazçıların binanı tutmasından sonra yanğın başlayıb, meriya binasının üzərindən qara tüstü qalxdığını əks etdirən kadrlar yayılıb.

Kütlənin digər qismi isə bu dəqiqələrdə köhnə prezident iqamətgahını tutmağa çalışır. “Sputnik Kazaxıstan” xəbər verir ki, iqamətgahı mühafizə edən polislər geri çəkilir. Meriya binasının qarşısında da etirazçıların aqressiv hissəsi 10-dan polisi bərk döyüb.

Habelə Almatıda hakim “Nur Otan” partiyasının qərargahı, prokurorluq binası və daha bir neçə inzibati bina yandırılıb. Kütlə Nazarbayevin portretlərini tapdalayır. Etirazlar ildırım sürəti ilə ölkənin hər yerinə yayılır, son məlumatlara görə sənaye şəhəri Ust-Kamenoqorskda da etirazlar başlayıb. Kütlə şəhərin mərkəzi meydanına axın edir, polis onlara müdaxilə etmir.