📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Etirazçılar İrəvan-Göyçə yolunu açdılar: tələbə əməl edildi

2022-03-24 17:07:00

Etirazçılar İrəvan-Göyçə yolunu açdılar: tələbə əməl edildi

Ermənistanın Tsovaqyux və Semenovka kəndlərinin sakinləri bit sutkadan artıq qapalı saxladıqları İrəvan-Göyçə avtomobil yolunu bir az əvvəl açıblar.

Hurriyyet.az bu barədə erməni mediasına istinadən xəbər verir.

“Nazirlikdən adamlar gəldilər, razılaşdıq ki, bu gün saat 14:00-da camaata baş çəkəcəklər, müzakirə aparılacaq. Biz tələb etdik ki, Qnel Sanosyan da bu görüşdə iştirak etsin”, - Semyonovkanın inzibati rəhbəri David Mnatsakanyan Ermənistan News-NEWS.am-ə bildirib.

Qeyd edək ki, ötən gün saat 12:00-dan etibarən İrəvan-Sevan avtomobil yolu bağlanıb. Kənd sakinləri etirazçılarla heç vaxt görüşə gəlməyən Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla görüş tələb ediblər. Kənd sakinləri icmaların genişlənməsinin əleyhinədirlər.