📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Etirazçılarla qarşıdurmaya getməyəcəyik - Qırğızıstan

2022-01-06 14:44:00

Etirazçılarla qarşıdurmaya getməyəcəyik - Qırğızıstan

Qırğızıstan qoşunları KTMT sülhməramlı kontingentinin tərkibində Qazaxıstana göndərilsə, etirazçıların qarşısına çıxmayacaq, , yalnız strateji obyektlərin mühafizəsi ilə məşğul olacaq.

Hurriyyet.az xəbər verir ki, bunu Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev deyib.

“Xüsusi ilə qeyd edirəm, qırğız hərbçiləri Qazaxıstandakı aksiyaların iştirakçıları ilə heç bir qarşıdurmaya getməyəcəklər”, - Sultanbayev bildirib.