📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ETX-də Yaponiyanın Milli CERT-nin nümayəndələri ilə görüş keçirilib

2026-03-03 16:56:56

ETX-də Yaponiyanın Milli CERT-nin nümayəndələri ilə görüş keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Yaponiyanın Milli CERT-nin (JPCERT/CC) nümayəndə heyətləri arasında görüş keçirilib. 

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində görülən işlərlə bağlı qonaqlara ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

Eyni zamanda Yaponiya nümayəndələri kiberhücumlara qarşı müdafiə mexanizmləri və beynəlxalq əməkdaşlıq istiqamətində ölkələrinin təcrübələrini bölüşüblər. 

Görüşdə bu il Azərbaycan və Yaponiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, ETX və “JPCERT/CC” arasında 2025-ci ildən etibarən məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur.

ETX-də Yaponiyanın Milli CERT-nin nümayəndələri ilə görüş keçirilib - FOTOLAR