📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“EuroHome”da mağaza sahibi qətlə yetirildi

2022-07-18 20:35:00

“EuroHome”da mağaza sahibi qətlə yetirildi

Paytaxtın Binəqədi rayonunda yerləşən ticarət mərkəzində qətl törədilib.

Hadisə Bakı-Sumqayıt şossesində yerləşən “EuroHome” ticarət mərkəzində baş verib.

Belə ki, kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmsəddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmsəddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslər ərazidən uzaqlaşıb.

Binəqədi Rayon Prokurorluğunun və polis idarəsinin əməkdaşları axtarışa başlayıb. \\APA