📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Eurovision-2023": Təmsilçilərimiz finala çıxa bilmədi

2023-05-10 11:15:00

Böyük Britaniyanın Liverpul şəhərində keçirilən "Eurovision" Mahnı Müsabiqəsinin birinci yarımfinalına yekun vurulub.

Hurriyyet.az xəbər verir ki, Azərbaycanın yarışmadakı təmsilçiləri Tural və Turan Bağmanov qardaşları mübarizəni yarımfinalda dayandırıblar.

Finala keçənlər isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri olub.

Xatırladaq ki, mahnı müsabiqəsinin yarımfinalı mayın 11-də, finalı isə 13-də baş tutacaq.

qaynarinfo.az