📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ev sahibini hədələyib 11 min manat alanlar tutuldu - Foto

2026-11-17 15:51:01

Ev sahibini hədələyib 11 min manat alanlar tutuldu - Foto

Neftçalada quldurluq edən iki nəfər saxlanılıb.

Hurriyyet.net  DİN-in Mətbuat xidmətinin Şirvan Regional bölməsinə istinadən xəbər verir ki, Neftçalada ev sahibinə qarşı quldurluq edilməsi və 11 000 manat pulun talanması barədə polisə məlumat daxil olub. Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov saxlanılıblar.

Araşdırmalarla saxlanılan şəxslərin quldurluq faktını qabaqcadan planlaşdırdıqları və əldə etdikləri pul vəsaitlərini aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, Q.Talıbov və N.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.