Ev sahibinin oğlu qardaşı arvadı ilə birlikdə öz evini soydu
2021-11-03 13:42:00
Mingəçevir şəhərində evdən oğurluq olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinə noyabrın 1-nə keçən gecə şəhər ərazisindəki mənzillərin birindən 20 000 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu R.Rəhimov və digər oğlunun arvadı müəyyən edilərək saxlanılıb.