“Ev yiyəsi kiridi, yasa gələn kirimədi” – Kreml nədən qondarma “Dağlıq Qarabağ” ifadəsindən əl çəkmir?
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, Laçın dəhlizindəki vəziyyət müzakirə edilib, Putin qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı Paşinyana həmrəyliyini bildirib. Bu barədə Kremlin saytında məlumat yerləşdirilib.
Maraqlıdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son günlərdə dəfələrlə “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” açıqlamalarına, Azərbaycan Prezidenti İlham Əliyevin “Dağlıq Qarabağ” ifadəsi artıq yoxdur” bəyanatlarına rəğmən Putin iqtidarı hələ də rəsmi saytlarda separatçılığın rəmzi olan “Dağlıq Qarabağ” ifadəsini işlətməyə davam edir.
Kremlin açıqlamasında deyilir: “Regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı praktiki məsələlərin həlli vurğulanmaqla, Dağlıq Qarabağ (?-red.) ətrafında vəziyyət müzakirə edilib”.
Hürr Tərcüman
.png)