📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Evdə məni sıxırdılar, çox utanırdım" - Könül Kərimova (VİDEO)

2022-03-21 15:24:00

"Evdə məni sıxırdılar ki, oxumalısan. Çox utanırdım. O qədər sıxırdılar ki, məcbur edirdilər. ".

Bu sözləri Əməkdar artist Könül Kərimova "7 Canlı" veilişində deyib. Səntəçi anasının onu müğənni olmağa məcbur etməsindən danışıb:

"Evə dəvətnamə gələndə fikir edirdim ki, yenə gedəcəyik toya və məni oxumağa məcbur edəcəklər. Radiomuz var idi, köhnə idi. Onun arxasını sökürdüm, düşünürdüm ki, səsini eşitdiyim sənət adamlarını orada tapacam. Anam deyir ki, hara gedirsən məndən gileylənirsən. Pis etdim? Müğənni oldun!".

 

Manşet.az