📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Evdən döyülərək qovuldu, uşağı əlindən alındı - BAŞ PROKURORA MÜRACİƏT EDİLDİ

2022-04-01 15:04:00

Evdən döyülərək qovuldu, uşağı əlindən alındı - BAŞ PROKURORA MÜRACİƏT EDİLDİ

Bakı şəhəri Sabunçu rayon Pirşağı qəsəbəsi bağ massivində öz başına tikililərdə  yaşayan Böyükağayeva Türkanə Böyükağa qızı redaksiyamıza müraciət edərək,  keçmiş həyat yoldaşı Bahdur Tağıyev və onun ailəsi tərəfindən döyülərək evdən çıxarılıb. Bu azmış 12 yaşında olan övladı da əlindən alınıb və görüşdürülməsinə icazə verilmir. Türkanə Böyükağayevanın sözlərinə görə, mənzil qohumlarının maddi köməkliyi ilə tikilib. Lakin sonradan mənzili keçmiş həyat yoldaşı Bahadur Tağıyev kürəkəninin adına keçirərək Sabunçu rayon polis əməkdaşı Fazil adlı şəxsə satıb. Hazırda qohumlarının evində sığınan tənha qadın işin düzgün şəkildə araşdırılması üçün baş prokuror Kamran Əliyevə müraciət edib:

"Cənab baş prokuror,  2020-ci ilin sentyabr  ayında baş vermiş hadisə ilə bağlı Sabunçu RPİ-də işaraşdırıldı.  Qarşı tərəf yəni,  həyat yoldaşım  Bahadur polisə  dəvət olundu və  özünün dediyi kimi “pulunu verib işi bağlatdırdı!” Sonra mən Sabunçu Rayon prokuroruna rəsmi müraciət etdim. Yenə eyni qaydada  Bahadur şi bağladı və mənim heç nədən xəbərim olmadı!   Hansı ki,mən ərizəyə əlavə etdiyim  şikayət ərizəmdə təfsilatlı göstərildiyi kimi Bahadurun ailəsi: anası, bacısı və bacısının oğlu tərəfindən evimdən döyülüb, söyülməklə,  əlimdən qızım alınaraq bıçaq dirənişi ilə qovulmuşam! Məsələ ilə bağlı  Ailə və Uşaq  Problemləri Komitəsinə də rəsmi müraciət etdim. Pandemiya dövründə əlaqələr olmadığına görə şikayətlərimin necə araşdırıldığını bilmirəm! Beləliklə,  polis və prokurorluq tərəfindən məsələnin obyektiv araşdırılması   və mənim müdafiəmin təşkili mümkün olmamışdır.! Sonra mən məsələni ictimailəşdirmək  üçün ARB kanalına çıxdım.  Amma  bu da gözlənilən nəticəni vermədi.  Çünki Bahadur  bu  dəfə əleyhimə  adamları  efirə çağırmaqla məni  xəyanətdə  günahlandırdı!  Mən 11 (on bir) il  evdə qapalı şəraitdə, çölə çıxmadan yaşamışam! İnsanlarla ünsiyyətim olmayıb! Təhsilim, qabiliyyətim olmadığı üçün də özümü belə müdafiə edəcək gücdə deyildim!  Ona görə də  efir qarşısında fikirlərimi tam-aydın çatdıra bilmədim! Uşağım əlimdən alınaraq  küçələrə  atılmışam!  Artıq özümü öldürmək həddindəyəm!  Bahadur və ailəsi isə bu vəziyyəti leyhlərinə istifadə edərək  televiziyaya müsahibələr verirlər! Halbuki onun anası heç vaxt  bizi qəbul etməyib,  evinə buraxmayıb! Müsahibəsində isə bildirir ki,  Bahadurla tikib yaşadığmız evi  guya kürəkəni alıb  və bizə kirayəyəyə verib! Əslində isə  biz  2010-2013-cü illər ərzində  qonşunun evində yaşamışıq.  2013-cü ildə  isə yaxınlıqdakı  boş  sahəni  zəbt edib özümüzə  ev  tikmişik.  Ev mənim qohumlarımın  maddi köməkliyi və  tikinti material  dəstəyi ilə tikilib.  Ev hazır olandan  il yarım sonra isə Bahadurun ailəsi  ayaq açmağa başladı. Bahadurtorpağın   sağ və sol hissələrini satıb pulunu  xərclədi! Sonra isə ortada tikilmiş mənim  yaşadığım evi satmaq istəyəndə aramızda dava başladı.  Budavaların nəticəsi olaraq isə  uşağım əlimdən zorla alınmaqla döyülüb çöllərə atıldım!

Odur ki, cənab baş prokuror,  məsələnin  şəxsən nəzarətinizə götürülməklə  ciddi araşdırılmasına  ehtiyac  vardır!  Bahadurun mənə qarşı etdiyi şər -böhtan əməlləri cinayət tərkiblidir! Tələb edirəm, məni xəyanətdə  günahlandırdığı şəxslər,  efirə yalandan üzə durmaq üçün gətirdiyi şəxs,  guya mindiyim maşınlar  barəsində  konkret   məlumatlar-faktlar  toplanılsın!  Əgər  faktlar  sübuta  yetirilərsə,  günahımın cəzasını çəkməyə razıyam! Əgər məsələnin şər-böhtan olduğu  sübuta  yetirilərsə, Bahadurun barəsində cinayət işinin açılmasına göstəriş verməyinizi xahişedirəm! Mən artıq  dözə biləcək  vəziyyətdə deyiləm.  Əgər  ən yaxın vaxtda  məsələ  ciddi araşdırılıb  aydınlıq gətirilməsə, mən Bahaduru sonra  isə özümü öldrüəcəyəm!  Edəcəyim   işin məsuliyyəti isə  birbaşa sizin  üzərinizə düşür!

Həyat yoldaşım Bahadur evimizin sağ və sol tərəfinin pulu ilə polislə necə dostluq yaradıb bilmirəm,amma nəticədə məsələnin mahiyətini öldürüb! Mənəq arşı söyüş, təhqir, döymək  əməliyyatlarını  təmizə çıxarıb! Hətta Bahadurun  mənə  bıçaq  çıxartmış  bacısı  oğlunun adı isə  materialda təmamilə hallanmır!  Guya ki, mən o  dörd nəfərə  qarşı  şər-böhtan etmişəm! Ənazı vicdansızlıqdır ki,  hər birindən təkcə çəki baxımından  az olduğum halda 4 nəfərə qarşı  guya xuliqalnıq  etmişəm! Məqsəd  və amallarından asılı olayaraq  Allah onlara  lənət eləsin! Odur ki, cənab prokuror Sizdən xahiş edirəm işin yenidən Sabunçu RPİ-də başqa təhqiqatçının icraatına verilərək obyektiv, adekvat araşdırılmasına göstəriş verəsiniz! Əlavə olaraq   bildirim ki, sonuncu  münaqişə-davamızdan sonra yaaşdığım evin qaz  sayğacının smart kartını götürmüş Bahaduru polisə  şikayət etməyimə baxmayaraq  bu tarixə kimi nə smart kart qaytarılmışdır  nə  də  bu mövzuda məndən  bir söz soruşulmuşdur! Beləliklə,  Bahadur və onun havadarları olan polis əməkdaşları məni əla salmışlar!

Təhqiqat materialı təmamilə sahə müvəkkilinə tapşırılmışdır!  Ümumiyyətlə, Bahadur bütün  polislərin hamısı  ilə“tez dil tapmağ”ı  bacarır!  Ona görə ki, satdığı torpaqların  pulu onun cibindədir.  Məlumedirəm ki,  biz  qonşuluqdakı  ev sahibinin evində  qalmışıq.  2013-cü ildən   hazırkı tikiliyə  köçmüşük.  Atalığım və yaxın qohumumun maddi köməkliyi ilə bu ev tikilmişdir.  Amma ev Bahadurun bacısının  həyat yoldaşının adınaarxa tarixlə sənədləşdirilib! Bu özü də bir qanunsuzluqdur!  Sənədin harada,  necə,  bələdiyyədə kimin əli ilə  hazırlanmasının xüsusi araşdırmaya ehtiyacı vardır!  Mənim yaşamağa başqa yerim yoxdur!  Bahadurun isə  qaçqınkomdan və  atasından qalma  evi də vardır!  Bu evdə dəmənimlə birlikdəşərikdir!  Artıq onun 4 yaşayış yeri olduğu halda mənə qarşı  burada şərəfsizlikedir!  Onun yaşıdları  Qarabağda  döyüşür,  bu da kimsəsiz  adamın qızının evdən çıxarılması ilə məşğuldur! Məlumat  üçün bidirim ki, şikayətimi Ombudsman və AQUK-nə bildirmişəm! Mənə qarşı olmuş  törədilmiş bütün haqsızlıqların yenidənaraşdırılmasına çalışacağam!".

QEYD: Mövzunu davam etdirəcəyik.

YƏHYA