📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əvəz Zeynallıya 5 epizod üzrə ittiham elan olundu

2023-04-28 16:05:00

Əvəz Zeynallıya 5 epizod üzrə ittiham elan olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı, "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hurriyyet.az Trend-ə istinadən xəbər verir ki, proses başlayan zaman Əvəz Zeynallının yoldaşı Məlahət Zeynallı zalda mübahisə yaradıb.

M.Zeynallı zaldan çıxarılıb. Əvəz Zeynallı hakimdən xahiş etdikdən sonra M.Zeynallı yenidən zala qaytarılıb və ona xəbərdarlıq edilib. Daha sonra prokuror ittiham aktını elan edib.

İttiham aktına görə, Əvəz Zeynallıya 5 epizod, Elnur Şükürov isə 3 epizod üzrə ittiham elan olunub.

Elnur Şükürov və Əvəz Zeynallı özünü heç bir ittiham üzrə təqsirli bilməyib. Əvəz Zeynallı aktın heç bir sətrinin düzgün olmadığını deyib.

Məhkəmə iclası iyunun 9-da davam etdiriləcək.