📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Evsizlərin sayını azaltmaq üçün təklif: "Narkotikin köməyi ilə..."

2025-04-21 13:12:20

Evsizlərin sayını azaltmaq üçün təklif:

Hurriyyet.az xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatının cənubunda yerləşən Lankaster şəhərinin bələdiyyə başçısı Reks Perris evsizlərdən narkotikin köməyi ilə yaxa qurtarmağı təklif edib.
Perris "evsizlərə istədikləri qədər fentanil vermək" istədiyini bəyan edib. Onun fevral ayındakı çıxışında söylədiyi qalmaqallı sözlər, bu yaxınlarda "Foks 11" kanalına müsahibə verməsindən sonra yenidən müzakirələrə səbəb olub. Perris evsizlərin 45 faizə qədərinin keçmiş cinayətkarlar olduqlarını qeyd edərək deyib: "Düzünü desəm, istəyərdim ki, Prezident təmizləmə təşkil eləsin".
Hürr Tərcüman