Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı - 4 yaralı var - Fotolar
Gəncədə zəncirvari yol qəzası baş verib.
Hurriyyet.net xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan “Opel” və “Chevrolet Trax” markalı minik avtomobilləri yolayrıcında toqquşub. Zərbənin təsirindən “Opel” avtobus dayanacağına çırpılaraq orada dayanan kişini vurub. Daha sonra avtomobil yol kənarında dayanmış “Chevrolet Cruze” markalı maşına çırpılıb.
İlkin məlumata görə, qəzada 4 nəfər xəsarət alıb. “Opel”in sürücüsü Nicat Əsgərov (1969), Ramin İbrahimov (1992), Samirə Bağırova (1977) və Dilbər Əsgərova (1944) müxtəlif bədən xəsarətləri ilə xəstəxanaların birinə yerləşdirilib.
S.Bağırova və D.Əsgərova “Opel” markalı avtomobildə olublar. R.İbrahimov isə qəza zamanı dayanacaqda dayanarkən xəsarət alıblar.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.


