📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əvvəl qaynı, sonra mətbuat katibi... Nikol Paşinyanın ətrafında nələr baş verir?

2025-02-26 17:25:07

Əvvəl qaynı, sonra mətbuat katibi... Nikol Paşinyanın ətrafında nələr baş verir?

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın evini naməlum şəxslər qarət ediblər. Erməni mətbuatının yazdığına görə, cinayət hadisəsi bir neçə gün bundan əvvəl paytaxt İrəvan şəhərində baş verib. 
"Joxovurd" nəşrinin xəbərində Baqdasaryanın külli miqdarda pul vəsaitinin oğurlandığı bildirilir.
İlkin məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq qrup üzvlərini saxlayıblar. Onların qarətdə iştirak etdikləri güman edilir.
Qeyd edək ki, ötən ilin sonunda cinayətkarlar Nikol Paşinyanın qaynının mülkünü qarət etmişdilər.
Hürr Tərcüman