📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əziz Sancar: Söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam - FOTO

2024-06-01 20:55:36

Əziz Sancar: Söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam - FOTO

Mən söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam. Çox şükür ki, bu arzumu yerinə yetirə bildim.

Hurriyyet.Az report-a istinadən xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşdə Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar deyib.

"44 günlük Qarabağ savaşını yaxından izləyirdim. 44 gün heç bir işlə məşğul olmadım. Bütün günü kompüter arxasında xəbər saytlarını, sosial media hesablarını və televiziyaları izləyirdim.

Mənim üçün Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəridir", - Ə.Sancar bildirib.