📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

F-16-lar Ukraynada problemləri həll etməyəcək

2023-11-30 00:09:59

F-16-lar Ukraynada problemləri həll etməyəcək

F-16-ların tədarükü Rusiya ordusuna itkilər verməyə imkan verəcək, eyni zamanda Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirəcək. Lakin başa düşməliyik ki, bu, öz-özünə bütün problemləri həll edəcək və döyüş meydanındakı vəziyyəti kökündən dəyişdirəcək bir "gümüş güllə" deyil.

Hurriyyet.Az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

O qeyd edib ki, Rusiyaya yalnız sinxron şəkildə birlikdə istifadə olunan müxtəlif qüvvə və imkanların köməyi ilə qali gəlmək olar:

"Rusları geri çəkilməyə məcbur etmək üçün uzun və çətin döyüşlərə hazırlaşmalıyıq”.

O, Ukraynaya təyyarələrin nə vaxt təhvil veriləcəyini açıqlamayıb:

"Təyyarələr var, lakin hər şey pilot hazırlığından asılı olacaq". 

 

\\Axar.Az