📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

F-16-larla bağlı cavabsız qalan suallar... – Nə vaxt veriləcək, kim verəcək?

2023-05-22 15:27:00

F-16-larla bağlı cavabsız qalan suallar... – Nə vaxt veriləcək, kim verəcək?

Məlum olduğu kimi, ABŞ administrasiyası son günlər F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı müsbət bəyanatlar səsləndirir. ABŞ Prezidenti Co Bayden də bu təyyarələrin Kiyevə verilməsinə bir növ “yaşıl işıq” yandırıb. Bayden deyib ki, o ukraynalı pilotların F-16 qırıcı təyyarələrində təlim almasına icazə verəcək.

Hurriyyet.az xəbər verir ki, beynəlxalq ekspertlər F-16-ların döyüş meydanındakı real vəziyyəti dəyişməsinin zaman alacağını düşünürlər.

Digər tərəfdən, müharibənin taleyini həll edə biləcək bu təyyarələrlə bağlı bir sıra cavabsız suallar ortaya çıxıb.

Bu təyyarələr nə vaxt Ukraynaya təhvil veriləcək?

Ekspertlər hesab edirlər ki, ukraynalı pilotların F-16-lardan istifadə etməyə başlaması dərhal mümkün olmayacaq. Pilotların hazırlanmasının ən yaxşı halda 4-6 ay vaxt aparacağı gözlənilir.

Bu qırıcıların Kiyevə çatdırılma müddəti də həlledici olacaq. Ancaq problem təlim və çatdırılma ilə də bitmir. Bu təyyarələrə texniki xidmətin necə gösətəriləcəyi də əsas məsələlərdən biridir.

Hansı ölkələr F-16-larını Ukraynaya verəcək?

Bu təyyarələri Ukraynaya kimin verəcəyi də həll edilməli olan əsas məsələlər sırasındadır. Beynəlxalq mətbuatda gedən xəbərlərə görə, ABŞ bu işi üzərinə götürmək istəmir.

Ən çox F-16-ya sahib olan iki NATO üzvü - Türkiyə və Yunanıstandan da belə bir addım gözlənilmir. F-16-ları inventerindən çıxarmağa hazırlaşan Belçikanın isə Ukrayna pilotlarına təlim keçəcəyi gözlənilir.

İndiki məqamda Ukraynaya F-16 verə biləcək namizədlər arasında Hollandiya və Danimarka daha çox ön plana çıxır.

F-16-ların döyüş meydanına hansı təsirləri olacaq?

Ekspertlər düşünürlər ki, F-16-lar həm müdafiədə, həm də hücumda Ukraynaya böyük üstünlüklər verəcək. Döyüş təyyarələri ilə yanaşı, idarə olunan raket hücumlarının qarşısının alınmasında əlavə qüvvə rolunu oynayacaq F-16-lar cəbhədə rus əsgərlərinə qarşı döyüşən quru ünsürlərinə yaxından hava dəstəyi verəcək. F-16-lar itirilmiş torpaqların geri alınması da daxil olmaqla, əməliyyatlarda da mühüm rol oynaya bilər.

AzPolitika.info