“F-16” qırıcıları ilə bağlı Türkiyəyə qarşı qadağa ləğv olundu!
Türk diplomatiyasının uğuru
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının senatorları və nümayəndələrinin daxil olduğu konfrans komitəsi 857 milyard dollarlıq müdafiə büdcəsini də əhatə edən qanun layihəsini qəbul edib.
Türkiyəyə "F-16" satışını məhdudlaşdıran maddələr ABŞ-ın müdafiə büdcəsindən çıxarıb.
Agentliyin yazdığına görə, Konqressin bu addımı atmasında Türkiyə XİN-in təşəbbüskarlığının və əməkdaşlarının səyləri səbəb olub.
Bununla yanaşı, silahın satılması üçün Konqres satış barəsində administrasiya tərəfindən təqdim edilən bildirişə etiraz etməməlidir.
Eyni zamanda xəbər verilir ki, antitürk ovqatı və Kupr yunanlarına meylliliyi ilə tanınan bir sıra Konqres üzvləri bundan sonra da Türkiyəyə f-16 satışını əngəlləməyə çalışacaqlar.
Türkiyə ABŞ-dan 40 ədəd yeni F-16 qırıcısı və 80 təyyarənin modernləşdirilməsi üçün ehtiyat hissələr tərələb edir.
Hürr Tərcüman