F-35 ilə Su-75-in fərqi... Yeddiqat ucuz başa gəlir
Hurriyyet.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Birləşmiş Təyyarə Korporasiyasına daxil olan “Suxoy” şirkəti tərəfindən hazırlanmış beşinci nəsil çoxfunksiyalı, birmotorlu qırıcısı təyyarəsi Su-75 Checkmate (Checkmate – ingilis dilindən tərcümədə “Şah və mat” deməkdir – red.) təyyarəsinin 1 saatlıq uçuşunun ABŞ-ın beşinci nəsil F-35 qırıcısından 7 dəfə ucuz başa gəldiyi bildirilib.
Fransanın “Fiqaro” qəzetinə müsahibə verən “Rostek” dövlət sənaye şirkərinin müdiri Sergey Çemezov Su-75 Checkmate təyyarəsi ilə onun əsas rəqibi F-35 qırıcısının bir saatlıq uçuşunun qiymətini müqayisə edərkən bu məlumatı verib.
Rostec ilk dəfə olaraq, “Dubai Airshow 2021” beynəlxalq aviaşousunda beşinci nəsil Checkmate yeni təkmühərrikli qırıcısını dünyaya təqdim edəcək. Aviaşounun 14-18 noyabr tarixlərində keçirilməsi planlaşdırılır.
Yeni təyyarə təkmotorlu olduğu üçün daha çox ixrac üçün nəzərdə tutulub. Onun Şimali Afrika, Yaxın Şərq, Cənubi və Cənub-Şərqi Asiya, Latın Amerikası ölkələrinə satışı, ilk uçuşunun 2023-cü ildə həyata keçirilməsi, kütləvi istehsalına isə 2025-ci ildə başladılması planlaşdırılır.
Hurr Tərcüman