📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

F-35-in qəza görüntüləri yayıldı – VİDEO

2022-02-07 10:17:00

F-35-in qəza görüntüləri yayıldı – VİDEO

ABŞ-ın beşinci nəsil F-35 qırıcısının “Karl Vinson” aviadaşıyıcısına təcili enişinin təfərrüatları məlum olub.

Qəza anını əks etdirən video sosial şəbəkələrdə yayımlanıb. Məlumdur ki, insident zamanı pilot kabinəsindən çıxmağa müvəffəq olub. Onunla birlikdə daha 6 nəfər hadisə zamanı xəsarət alıb.

Qeyd edək ki, hadisə yanvarın 24-də Cənubi Çin dənizində baş verib. Batmış qırıcının qaldırılması üçün tələsik Pentaqon tərəfindən əməliyyat təşkil edilib. Belə ki, ABŞ hərbi komandanlığı bahalı və texnoloji cəhətdən inkişaf etmiş qırıcının Çinin əlinə keçməsindən ehtiyatlanıb.//Oxu.az