📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Facebook“ “Putinə ölüm” şüarına görə azərbaycanlı istifadəçiləri cəzalandırmayacaq

2022-03-11 12:30:00

“Facebook“ “Putinə ölüm” şüarına görə azərbaycanlı istifadəçiləri cəzalandırmayacaq

“Facebook” və “Instagram” Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar bəzi ölkələr üçün nifrət açıqlaması qaydalarını dəyişir.

Hurriyyet.az “Reuters”ə istinadla xəbər verir ki, müvafiq olaraq, şirkət müəyyən ölkələrdə buna müvəqqəti icazə verəcək. Məsələn, “rus işğalçılarına ölüm” demək artıq paylaşma qaydalarının pozulması olmayacaq.

Yenidən strukturlaşma adı altında "Meta" adını götürən sosial media nəhəngi rus mülki vətəndaşlara qarşı oxşar ifadələrə icazə verilməyəcəyini açıqlayıb.

“Vladimir Putinə ölüm” və ya “Lukaşenkoya ölüm” demək artıq pozuntu sayılmır.

Bu müvəqqəti qayda dəyişikliyi Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Macarıstan, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Ukraynada tətbiq olunacaq.