📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Faciə: Pəncərədən yıxılan övladının dalınca özünü atdı

2022-07-27 10:15:00

Faciə: Pəncərədən yıxılan övladının dalınca özünü atdı

Abşeronda ana və uşaq bədbəxt hadisə nəticəsində həlak olublar.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarından birində baş verib.

Belə ki, binanın beşinci mərtəbəsində yaşayan uşaq pəncərədən düşüb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib.

Ailə bir neçə gün əvvəl həmin evə kirayə köçübmüş.

Faktla bağlı araşdırma aparılır.