📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş – VİDEO

2025-05-08 09:47:03

Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş – VİDEO

Lənkəranın Vələdi kəndində bədbəxt hadisə baş verib

66 yaşlı Əzizağa Ağayev balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Onun qohumu Aqil Rzayev hadisə ilə bağlı Baku TV-yə danışıb.

“Balıq tutmağa getmişdi, bir də eşitdik ki, elektrik vurması səbəbindən dünyasını dəyişib. Çox gözəl insan idi”, – deyə Aqil Rzayev bildirib.

Qeyd edək ki, Əzizağa Ağayev uzun müddət Lənkəranda yüksək vəzifədə çalışıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.