📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Faciənin ildönümündə hotelin tavanı çökdü - YENİLƏNDİ

2023-01-07 23:05:00

Faciənin ildönümündə hotelin tavanı çökdü - YENİLƏNDİ

Türkiyədə hotelin tavanının çokməsi nəticəsində 10 nəfər xəsarət alıb.

Bu barədə “Haber Türk” kanalı məlumat yayıb.

Hadisə Sarıqamış faciəsinin 108-ci ildönümü ilə əlaqədar Qarsda təşkil olunan anım mərasimində baş verib.

Qarsda olan gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu xəsarət alanlara baş çəkib. \\Pravda.az

***

20:44

Türkiyənin Qars vilayətinin Sarıqamış şəhərində yerləşən hotel zalının tavanı çöküb.

Bu barədə “Haber Türk” kanalı məlumat yayıb.

Qeyd olunur ki, hadisə baş verən zaman hoteldə Sarıqamış əməliyyatının 108-ci ildönümünə həsr olunmuş sənədli filmin nümayişi keçirilirdi.

Hazırda yaralanan və dağıntılar altında qalan insanların olduğu bildirilir.

Hadisə yerinə çoxlu sayda təcili yardım, polis, xilasetmə və jandarma qrupları cəlb olunur.\\Pravda.az