📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fahişə" əməliyyatında azərbaycanlı qadınların tutulduğu obyektlər BAĞLANDI

2023-12-07 14:54:00

Türkiyənin Sakarya şəhərində 8 kazino və 1 restoran bağlanıb.

Hurriyyet.az bildirir ki, şəhər bələdiyyəsinin göstərişi ilə həmin obyektlərin fəaliyyətinə 1 aylıq qadağa qoyulub.

Qadağaların noyabrın 25-də keçirilən əməliyyatla bağlı olduğu bildirilir.

Qeyd edək ki, noyabrın 25-də Sakarya şəhərinin Karasu qəsəbəsində fahişəlik və fahişəliyə cəlbetmə ilə bağlı polis əməliyyat keçirib. Əməliyyatlar nəticəsində aralarında 8 azərbaycanlı qadının da olduğu 61 nəfər saxlanılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl həmin əməliyyat barədə xəbər vermişdik.

lent.az